YAŞAMAL by Azadlıq Residence – Bakının Yasamal rayonunda, Yasamal gölü yaxınlığında inşa edilən müasir yaşayış kompleksidir. Layihə sakinlərin rahatlığı, təhlükəsizliyi və ailəvi yaşam tərzi prioriteti ilə planlaşdırılıb.
Ümumi sahəsi 5.5 hektar olan kompleksin 2.2 hektarı avtomobilsiz, mühafizə olunan qapalı həyət, istirahət və açıq hava zonalarına ayrılıb. Ərazidə stadion, idman və uşaq oyun meydançaları, geniş yaşıllıq zolaqları nəzərdə tutulub.
Layihə 6 binadan və 689 mənzildən ibarətdir. 10, 11 və 12 mərtəbəli binaların funksional planlaması mənzillərin maksimum gün işığı və təmiz hava almasını təmin edir. Sakinlərin istifadəsi üçün yeraltı və yerüstü parkinq mövcuddur.
Kompleks Zefir Mall, Yasamal Gölü Parkı, məktəb və bağçalara yaxınlığı ilə ideal infrastruktur təklif edir.



























